Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2025/2026-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.